"Tonali xəstəliyə yoluxub, ona təzyiq etməməlidirlər" - Eddi Hau 

"Tonali xəstəliyə yoluxub, ona təzyiq etməməlidirlər" - Eddi Hau 

"Nyukasl"ın baş məşqçisi Eddi Hau komandanın yarımmüdafiəçisi Sandro Tonallinin qeyri-leqal mərc oyunlarında iştirakdan əl çəkə bilməməsindən danışıb.

Fanat.Az xəbər verir ki, mütəxəssisin dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Sandro xəstəliyə yoluxub və bu vəziyyətdən çıxmağa çətinlik çəkir. O, İngiltərəyə gələndən sonra da xəstəlikdən qurtula bilməyib. İnsanlar vəziyyətə düzgün qiymət verməli, ona təzyiq etməməlidirlər. Fikrimcə, cəzalar və təzyiqlər problemi kökündən həll edəcək vasitələr deyil".

Qeyd edək ki, oktyabrda 10 aylıq diskvalifkasiya edilən Tonali bugünlərdə İngiltərə Futbol Assosiasiyası tərəfindən yenidən mərc oyunlarına 50 dəfə pul qoymaqda təqsirli bilinib. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər