Tomas Tuxel de Liqtə az şans verməsinin səbəbini dedi

Tomas Tuxel de Liqtə az şans verməsinin səbəbini dedi

"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel komandanın niderlandlı müdafiəçisi Matteys de Liqtin az oynamasının səbəbini açıqlayıb.

Fanat.Az xəbər verir ki, alman mütəxəssisin dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Bizim dörd mərkəz müdafiəçimiz var və bu futbolçuların hər biri start "11-lik"də yer almaq uğrunda mübarizə aparır. Kim yaxşı formadadırsa, onu seçirik. "Bayern"dəsinizsə, sadəcə olaraq, start heyətə düşməyə çalışmalısınız. Bu, tam normal durumdur".

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 17 matça çıxan de Liqt 2 qol vurub. Onun Münhen təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər