Tomas Tuxel: "Biz bacardıq! Vau!"

Tomas Tuxel: "Biz bacardıq! Vau!"
"Çelsi"nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının finalında "Mançester Siti" üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, "BT Sport" alman çalışdırıcının söylədiklərini belə çatdırıb:
"Bu zəfəri hamıyla paylaşmaq inanılmazdır. Biz bacardıq! Vau! Nə hiss etdiyimi söyləməyə çətinlik çəkirəm. İki dəfə ÇL-in finalına yüksəldiyim üçün məmnunluq duyuram. Amma qələbənin bəxş etdiyi duyğular başqadır.
Futbolçularım qalib gələcəklərinə inanırdılar. Komandaya irəli addım atmaq vaxtının yetişdiyini, daha cəsarətli olmaq zamanının çatdığını demişdik. Təhlükəli əks-hücumlar qurduq və istəyimizə çatdıq. İnamla mübarizə aparıb ağır oyundan qalib ayrıldıq".
Atilla
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər