Tomas Müller: "Gözəl tarixdir, Levandovski ilə üz-üzə gələcəyik"

Tomas Müller: "Gözəl tarixdir, Levandovski ilə üz-üzə gələcəyik"

"Bayern Münhen"in hücumçusu Tomas Müller komandasının Çempionlar Liqasının qrupundakı rəqiblərindən danışıb.

Fanat.Az xəbər verir ki, o, fikirlərini klubun saytına bölüşüb:

Biz "Barselona" və Robert Levandovski ilə üz-üzə gələcəyik. Necə də gözəl tarixdir! Mənim üçün bu, super komandaların yer aldığı superqrupdur. Əminəm ki, futbol azarkeşlərini bir neçə möhtəşəm axşam gözləyir. Əlbəttə, 1/8 finala yüksəlmək üçün çox çalışmalı, zəhmət çəkməliyik".

Xatırladaq ki, C qrupunda yerl alan Münhen təmsilçisi "Barselona", Milan "İnter"i və "Qarabağ"ı pley-offda mübarizədən kənarlaşdıran "Viktoriya" ilə mübarizə aparacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər