Tokio 2020: Tunis komandasında koronavirus aşkarlandı

Tokio 2020: Tunis komandasında koronavirus aşkarlandı

Tokio 2020 Yay Paralimpiya Oyunlarında iştirak üçün Yaponiya paytaxtına gələn Tunis komandasında koronavirusa yoluxma faktı aşkarlanıb.

Fanat.Az xəbər verir ki, Narita hava limanına enən 32 nəfərdən ibarət nümayəndə heyətinin bir üzvünün testi pozitiv çıxıb.

İdmançı karantinə alınıb. Komandanın digər üzvləri isə Edoqava bölgəsində yerləşən hazırlıq düşərgəsinə göndərilib.

Qeyd edək ki, Tokio 2020 Yay Paralimpiya Oyunları avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər