Tokio 2020: Qana komandasında koronavirus aşkarlandı

Tokio 2020: Qana komandasında koronavirus aşkarlandı
Tokio 2020 Yay Paralimpiya Oyunlarında iştirak üçün Yaponiya paytaxtına gələn Qana milli komandasında koronavirus aşkarlanıb.
Fanat.Az xəbər verir ki, Narita hava limanında edilən test nəticəsində idmançılardan birinin infeksiyaya yoluxduğu müəyyənləşib.
İdmançı karantinə alınıb. Komandanın digər üzvləri isə Fukuşima prefekturasında yerləşən hazırlıq düşərgəsinə göndərilib.
Sahib Əsədbəyli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər