Tokio-2020: Paralimpiyaçılarımız Pərvin Məmmədovla debüt edəcək

Tokio-2020: Paralimpiyaçılarımız Pərvin Məmmədovla debüt edəcək

Avqustun 24-də baş tutan rəsmi açılış mərasimi ilə Tokio 2020 Yay Paralimpiya Oyunlarına start verildi.

Fanat.Az xəbər verir ki, Azərbaycan idmançıları mübarizəyə sabahdan qoşulacaq. Təmsilçilərimizdən ilk olaraq pauerliftinqçi Pərvin Məmmədov (49 kq) yarışacaq.

Ölkəmiz Oyunlarda 35 idmançı ilə 46 kateqoriya üzrə təmsil olunur.

Atletika Kişilər: Oloxan Musayev (nüvə itələmə, disk atma), Samir Nəbiyev (diskatma), Elvin Astanov (nüvəitələmə), Səid Nəcəfzadə, Kamil Əliyev, Orxan Aslanov (hamısı uzunluğa tullanma), Elmir Cəbrayılov (100 və 400 metr məsafəyə qaçış), Həmid Heydərli, Orxan Qasımov (nizə atma) Qadınlar: Yelena Çebanu (100 metr məsafəyə qaçış), Lamiyə Vəliyeva, Yuliya Yanovskaya (hər ikisi 100 və 400 metr məsafəyə qaçış)

Cüdo Qadınlar: Şəhanə Hacıyeva (48 kq), Bəsti Səfərova (52 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Dürsədəf Kərimova (+70 kq) Kişilər: Vüqar Şirinli (60 kq), Namiq Abaslı (66 kq), Hüseyn Rəhimli (81 kq), Kənan Abdullaxanlı (100 kq), İlham Zəkiyev (+100 kq)

Pauerliftinq Kişilər: Pərvin Məmmədov (49 kq), Nurlan Babacanov (97 kq), Elşən Hüseynov (107 kq), Şamo Aslanov (+107 kq)

Taekvondo Qadınlar: Röyalə Fətəliyeva (49 kq), Aynur Məmmədova (+58 kq) Kişilər: İmaməddin Xəlilov (61 kq), Əbülfəz Abuzərli (75 kq)

Güllə atıcılığı  Qadınlar: Yelena Taranova (10, 25 və 50 metr məsafədən atəşaçma) Kişilər: Kamran Zeynalov (10 və 25 metr məsafədən atəşaçma)

Üzgüçülük  Kişilər: Roman Saley (100 metr məsafəyə arxası üstə, 50 və 100 metr məsafəyə sərbəst üsulla üzmə, 100 metr batterflay), Vəli İsrafilov (100 metr məsafəyə brass və batterflay üsulu ilə üzmə) Qadınlar: Dana Şandıbina (100 metr brass)

 Qeyd edək ki, Paralimpiadaya sentyabrın 5-də yekun vurulacaq. Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər