Tokio 2020-nin yaddaqalan qalmaqalları: Bikinidən imtina, saxta zədə, "rus ayısı"na qadağa

Tokio 2020-nin yaddaqalan qalmaqalları: Bikinidən imtina, saxta zədə, "rus ayısı"na qadağa

Bu yay Tokioda keçirilən Yay Olimpiya Oyunları şübhəli və reqlamentə zidd olan halları ilə zəngin olub.

Fanat.Az yaddaqalan 5 hadisəni təqdim edir.

Kentaro Kobayaşinin (Kentaro Kobayashi) işdən kənarlaşdırılması

Tokio 2020-nin açılış mərasiminin rejissoru 23 il əvvəl səsləndirdiyi sözlərə görə açılışa bir gün qalmış vəzifəsindən uzaqlaşdırılıb. 1990-cı illərin sonlarında gənc rejissor Holokost haqqında zarafat xarakterli rolikdə yer alıb. Və həmin videonun komik dəyəri antisemitizmə qarşı mübarizə aparan və Holokost qurbanlarının xatirəsini əbədiləşdirən Yəhudi Vizental Mərkəzinin nümayəndələrinin etirazına səbəb olub. 

Simona Baylzın (Simone Biles) zədələnməsi

Gimnastika üzrə dörtqat Olimpiya, 19 dəfə dünya çempionu olan idmançı yarışın qaliblərindən olacaqdı. Lakin ayağından zədə aldığını bildirən Simona finala qatılmaqdan imtina edərək yarışı könüllü olaraq tərk edib. Çoxları onun zədəli olduğuna inanmayıb və idmançını zəiflikdə ittiham edərək tənqid atəşinə tutublar. Əslində isə Simonun ən böyük zədəsi psixoloji idi. Lakin idman funksionerləri hələ ki, belə halları diqqətə almırlar. 

Müəyyən olunmuş geyimlər

Həndbol yarışlarında qaydalara görə idmançılar meydana bikini ilə çıxmalıdırlar. Lakin Norveç millisinin qızları meydana şortiklə çıxmağı seçiblər.

Tokio 2020-nin yaddaqalan qalmaqalları: Bikinidən imtina, saxta zədə, "rus ayısı"na qadağa Beynəlxalq Üzgüçülük Federasiyası böyük ölçülü papaqları (həcmli saç düzümü olan idmançılar üçün) qadağan edib. Lakin qaydalara məhəl qoymayan Avstraliyalı idmançıları üçün "Asics" firmasına yeni tərzdə geyimlər hazırladıb. Bütün bu hallar olimpiada zamanı böyük ictimai qınağa səbəb olmuşdu.

Trikolorun qadağası

Olimpiadada uzun müddət davam edən qalmaqal Rusiya komandasının hüquqları ilə bağlıdır. Kütləvi diskvalifikasiyalara və məhkəmə proseslərinə səbəb olan WADA-nın yüksək səviyyəli araşdırması rus olimpiadaçılarına ağır zərbə vurdu. Buna görə idmançıların sayı nəzərəçarpacaq dərəcədə azaldı. Artıq sadəcə bayraq deyil, gerb və rus ayısını təsvir edən atributikalara da qadağa qoyuldu

Kristina Timanovskayanın deportasiyası

Belarus idmançısı "İnstagram" səhifəsində hazır olmadığı halda komanda rəhbərləri tərəfindən əlavə yarışlara getməyə məcbur edildiyini yazmışdı. Bu səbəblə Timanovskaya komandası tərəfindən Tokiodan deportasiyaya məruz qalmışdı.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər