Olimpiadanın açılış mərasimini neçə nəfər izləyəcək?

Olimpiadanın açılış mərasimini neçə nəfər izləyəcək?
Tokio Olimpiadasının cümə günü keçiriləcək açılış mərasimini 950 nəfər izləyəcək.
 
Fanat.Az xəbər verir ki, məlumatı "Reuters" agentliyi yayıb. 
 
Xəbərə görə, açılışı rəsmi nümayəndələr,  jurnalistlər, aktyorlar və idmançılar canlı izləyə biləcək. Adi tamaşaçılar üçün isə giriş təşkilatçılar tərəfindən qadağan edilib. Tədbirdə məşqçilər korpusu və komandanın personalı da iştirak edə bilməyəcək.
Qeyd edək ki, koronavirusa yoluxma sayının artdığı üçün Tokioda 22 avqusta qədər fövqəladə vəziyyət elan edilib.
 
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər