Tokio 2020: Millimiz ilk "10-luq"da

Tokio 2020: Millimiz ilk "10-luq"da

Tokio 2020 Yay Paralimpiya Oyunlarında üçüncü yarış günü geridə qalıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan komandası günü 3 qızıl, 1 bürünc medalla başa vurub.  Beləliklə, hesabında 3 "qızıl",  2 "bürünc" olan millimiz sıralamada 10-cu yerə yüksəlib.

İlk pillədə Çin yığması qərarlaşıb. Asiyalıların aktivində 19 qızıl, 10 gümüş, 14 bürünc medal var. Böyük Britaniya 9 qızıl, 10 gümüş, 9 bürünc mükafatla ikinci, Rusiya Paralimpiya Komitəsi (RPK) 9 qızıl, 7 gümüş, 10 bürünc "qənimət" sayəsində üçüncüdür.

Geridə qalan müddətdə 50 ölkə medal sevinci yaşayıb. Onlardan 31-i baş mükafata sahib çıxıb.

Qeyd edək ki, Paralimpiadaya sentyabrın 5-də yekun vurulacaq.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər