TFF-dən Selçuk Şahinə ağır cəza

TFF-dən Selçuk Şahinə ağır cəza
"Fənərbağça”nın əsas komandasının koordinatoru Selçuk Şahin cəzalanıb.
 
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb. 
 
Buna səbəb Selçukun Super Liqanın 24-cü turu çərçivəsində baş tutan "Qalatasaray”la ev oyununda hakimlər otağına gedərək qaydalara zidd davranışlar etməsidir. TFF-nin cəzasına əsasən, o, 3 ay rəsmi oyunlarda komandaya kömək edə bilməyəcək. Bundan əlavə, Şahin 24 min TL cərimə də ödəyəcək.
Qeyd edək ki, "Fənərbağça” "Qalatasaray”la oyunda 0:1 hesabıyla məğlub olub.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər