Türkiyə Futbol Federasiyası bu həftə Super Liqada və PTT 1-ci liqasında bütün komandaların üzərinə #iyikivarsınEren yazılmış pankartla çıxmasına qərar verib. Fanat.Az xəbər verir ki, bununla da ötən gün Trabzonda PKK terrorçularının şəhid etdiyi 15 yaşlı Eren Bülbülün xatirəsi yad oluancaq.
Ötən gün Trabzonun Maçka rayonunda PKK terrorçuları ilə Türkiyə Silahlı Qüvvələri arasında atışma olub. Terrorçuları görən Eren bu zaman əsgərlərə yardım edib. Hətta o, yaralı halda belə terrorçuların gəldiyini görərək "komandamın yerə yatın" qışqıra bilib.
Bunun onun sosial mediadakı son paylaşımı yayıb. Eren son olaraq şəxsi hesabında "Biri də çıxıb demir ki, Eren yaxşı ki varsan".

TFF onun bu arzusunu reallaşdıraraq bütün komandaların meydana #iyikivarsınEren pankartı ilə çıxmasına qərar verib.
Bundan başqa oyunlardan əvvəl Eren Bülbül və həmin hadisə zamanı şəhid olan zabit Ferhat Gedik bir dəqiqəlik sükutla yad ediləcək.
Fanat.Az