"Tezliklə görüşəcəyik, uşaq" - Ferqyuson Həbibə cavab verdi

"Tezliklə görüşəcəyik, uşaq" - Ferqyuson Həbibə cavab verdi
Həbib Nurməhəmmədov bir neçə gün əvvəl, Castin Qetjiyə məğlub olan Toni Ferqyusona dəstək vermişdi.
Fanat.Az xəbər verir ki, Ferqyuson tvitter hesabı vasitəsilə Həbibə cavab verib:
"Hörmət edirəm, Həbib. Amma sən hələ də mənə 20 jim borclusan. Atanın səhhəti düzəldiyinə görə şadam. Tezliklə görüşəcəyik, uşaq. Əsl finala hazırlaşmağa davam et".
Qeyd edək ki, Qetji 5-ci raundda texniki nokautla Ferqyusona qalib gələrək yüngül çəkidə müvəqqəti çempionluq kəmərinə sahib çıxıb. Castinin yaxın aylarda Həbiblə qarşılaşacağı gözlənilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər