Təyyarə qəzasına uğrayan komanda yenidən qurulur

Təyyarə qəzasına uğrayan komanda yenidən qurulur

Noyabrın 28-də Kolumbiya səmasında təyyarə qəzasına uğrayan Braziliyanın “Şapekoense” klubunun qəzadan sonrakı ilk oyununun vaxtı müəyyənləşib.

Fanat.Az xəbər verir ki, “Şapekoense” yanvarın 21-də Braziliya çempionu “Palmeyras”la qarşılaşacaq. 

Qarşılaşma “Şapekoense”nin doğma meydanı “Arena Konda”da keçiriləcək.

Qeyd edək ki, dekabrın 9-da təyin olunmuş komandanın yeni baş məşqçisi Vaqner Mançini hazırda heyətə yeni futbolçular cəlb edir.

Xatırladaq ki, qəzaya uğrayan Boliviyaya məxsus "LaMia Flight 2933" təyyarəsində 77 nəfərdən cəmi 6 nəfər sağ qurtulub. Bunlardan 3-ü futbolçu olub. Müdafiəçilər Alan Ruşel, Neto və qapıçı Jakson Folman sağ qalan həmin 3 futbolçudur. 

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər