Ter Ştegen bu il bir daha oynamayacaq - SƏBƏB

Ter Ştegen bu il bir daha oynamayacaq - SƏBƏB

"Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen bu ilin sonuna qədər sıradan çıxıb.

Fanat.Az xəbər verir ki, informasiyanı insayder Xavi Migel yayıb. 

Mənbənin məlumatına görə, alman qapıçı kürəyindəki problemlər səbəbindən əməliyyat olunacaq. Futbolçunun sağalması bir qədər vaxt aparacağından onun bu il meydana qayıtmağa vaxtı olmayacaq.

Xatırladaq ki, Ter Ştegen "Barselona"nın son matçlarında iştirak etməyə çalışsa da, həkimlər kürəyində diskomfort hiss edən futbolçunun sağlamlığını riskə atmayıb. Mark-Andre bu mövsüm La Liqanın 13 turundan 6-da qapısını toxunulmaz saxlayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər