"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq yarımmüdafiə xəttini iki futbolçu ilə gücləndirmək istəyir.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" "Vulverhempton"un futbolçusu Ruben Neveşlə "Lester"li Yuri Tilemansı transfer edə bilər.
Bu barədə informasiyanı “Mirror” yayıb.
25 yaşlı Neveş 2017-ci ildən "Vulverhempton"da çıxış edir. Portuqaliyalı 2021/2022 mövsümündə 36 matçda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub. Onun hazırki klubu ilə müqaviləsinin müddəti 2024-cü ildə başa çatır.
Neveşlə həmyaşıd olan Tilemans isə 2019-cu ilin yanvarında “Monako”dan “Lester”ə keçib. Yuri bu müddətdə 158 matçda 24 dəfə fərqlənib və eyni sayda qola assistentlik edib. Tilemansın "Lester"lə müqaviləsinin müddəti gələn mövsümün sonunda başa çatacaq.
Mirağa