Ten Haqı MY-də o əvəzləyəcək

Ten Haqı MY-də o əvəzləyəcək

Bu mövsüm zəif təsir bağışlayan "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq qovulacağı halda, onun yerini hansı mütəxəssisin tutacağı məlum oldub.

Fanat.Az xəbər verir ki, informasiyanı  "talkSPORT" yayıb.

Xəbərə görə, bu, "Çelsi"nin sabiq çalışdırıcısı Qrem Potterdir. Mənbə MY-nin gələcək həmsahibi Cim Retkliffin 48 yaşlı mütəxəssisi ən layiqli namizəd saydığını da vurğulayıb.

Xatırladaq ki, Potter "zadəganlar"a 2022-ci ilin sentyabrından bu ilin aprelinə qədər rəhbərlik edib. O, qovularkən "Çelsi" İngiltərə Premyer Liqasının turnir cədvəlində 11-ci pillədə mövqe tutumuşdu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər