Ten Haq Onananı inandırıb - 60 milyon istəsələr də...

Ten Haq Onananı inandırıb - 60 milyon istəsələr də...

"İnter" qapıçısı Andre Onanı azı 60 milyon avroya satmaq niyyətindədir.

Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.

Xəbərə görə, uzun müddətdir ki, kamerunlu qolkiper üçün Milan təmsilçisi ilə danışıq aparan "Mançester Yunayted" rəhbərliyi qarşı tərəfə 50 milyondan çox ödəməyi planlaşdırmır. Mənbə "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haqın Onana ilə şəxsən danışaraq onu bu bu transferin baş tutacağına inandırdığını da diqqətə çatdırıb.

Qeyd edək ki, Onana 2022-ci ilin yayında "Ayaks"dan azad agent qismində ayrılaraq "İnter"ə qoşulub. Onun milanlılarla olan müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər