Təmsilçilərimizin oyun saatları bəllidi

Təmsilçilərimizin oyun saatları bəllidi

Ölkəmizi Avroliqada təmsil edən komandaların –  "İnter" “Qəbələ” və "Zirə"nin qitəmiqyaslı turnirin II təsnifat mərhələsi çərçivəsində keçirəcəyi ilk oyunların başlama saatı bəllidi. Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 12-də “Dalğa Arena”da baş tutacaq "İnter" - "Fola" (Lüksemburq) matçının start fiti 20:00-da veriləcək. İyulun 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Yagelloniya” (Polşa) qarşılaşması 21:00-da başlayacaq. “Qəbələ”ylə eyni gündə səfərdə Rumıniya “Astra”sının qonağı olacaq "Zirə" isə meydana Bakı vaxtı ilə 21:30-da çıxacaq.

 

 

Fanat.Az 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər