Tayson: "Şapalaqlamağa adam axtarıram"

Tayson: "Şapalaqlamağa adam axtarıram"

Boks üzrə ağır çəkidə sabiq dünya çempionu Mayk Tayson (Mike Tyson) küçə döyüşü keçirmək istədiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə "Essentially Sports" portalı məlumat yayıb

Tayson son vaxtlar kimisə əzişdirmək istədiyini dilə gətirib:

"Küçə döyüşündə iştirak etmək istəyirəm. İstəyirəm ki, kimsə mənimlə bir dava-dalaş təşkil etsin. Bilirəm qəribə səslənir, elə deyilmi?

Həyat yoldaşım həmişə mənə qışqırır, məni əsəbləşdirir, mən də həmin an şapalaqlamağa adam axtarıram".

Xatırladaq ki, daha əvvəl Tayson yenidən rinqə qayıtmağa hazırlaşdığını və məşqlərə başladığını bildirmişdi.  

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər