"Tata Steel Masters: Məmmədyarov turnirin son qalibini yenib lider oldu

"Tata Steel Masters: Məmmədyarov turnirin son qalibini yenib lider oldu

Niderlandın Veyk-an-Zee şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə ənənəvi “Tata Steel Masters” superturniri davam edir.

Fanat.Az xəbər verir ki, yarışda 5-ci turun görüşləri keçirilib. 36 yaşlı qrossmeysterimiz bu dəfə ev sahibi ölkənin təmsilçisi Yorden Van Forest ilə üz-üzə gəlib.

Qarşılaşma Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. "Şah" turnirin son qalibini matçın 44-cü gedişində təslim etməyi bacarıb.

Bu, şahmatçımızın yarışda ardıcıl ikinci qələbəsi olub. Beləliklə, xalını 3,5-ə çatdıran Şəhriyar turnir cədvəlində şərikli liderə çevrilib. 

Qeyd edək ki, 14 şahmatçının qatıldığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa yanvarın 30-da yekun vurulacaq.

"Tata Steel Masters" V tur

Yorden Van Forest (Niderland) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 0:1 Daniil Dubov (Rusiya) - Sem Şenklend (ABŞ) 0,5:0,5 Andrey Yesipenko (Rusiya) - Fabiano Karuana (ABŞ) 0,5:0,5 Aniş Giri (Niderland) - Vidit Santoş Qudjarati (Hindistan) 0,5:0,5 Yan-Kşiştof Duda (Polşa) - Sergey Karyakin (Rusiya) 0,5:0,5 Nils Qrandelius (İsveç) - Maqnus Karlsen (Norveç) 0,5:0,5 Rixard Rapport (Macarıstan) - Rameşbabu Praqnanandxa (Hindistan) 1:0

Xal durumu: Məmmədyarov, Qudjarati, Rapport - 3,5, Yesipenko, Karlsen - 3, Duda, Karuana, Van Forest - 2,5, Giri, Dubov, Karyakin, Şenklend, Praqnanandxa - 2, Qrandelius - 1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər