"Tata Steel Masters": Şəhriyar Məmmədyarov Dubova qarşı

"Tata Steel Masters": Şəhriyar Məmmədyarov Dubova qarşı

Bu gün Niderlandın Veyk-an-Zee şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə “Tata Steel Masters” superturniri start götürəcək.

Fanat.Az xəbər verir ki, 36 yaşlı qrossmeysterimiz ilk turda qara fiqurlarla rusiyalı Daniil Dubovla üz-üzə gələcək.

Turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, 14 şahmatçının iştirakı ilə dairəvi sistem üzrə keçirilən yarışa yanvarın 30-da yekun vurulacaq.

"Tata Steel Masters" I tur

Daniil Dubov (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) Andrey Yesipenko (Rusiya) - Maqnus Karlsen (Norveç) Fabiano Karuana (ABŞ) - Sergey Karyakin (Rusiya) Vidit Santoş Qudjarati (Hindistan) - Samuel Şenklend (ABŞ) Aniş Giri (Niderland) - Rameşbabu Praqnanandxa (Hindistan) Yan-Kşiştof Duda (Polşa) - Rixard Rapport (Macarıstan) Yorden Van Forest (Niderland) - Nils Qrandelius (İsveç)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər