"Tata Steel Masters": Məmmədyarov Yesipenko ilə üz-üzə

"Tata Steel Masters": Məmmədyarov Yesipenko ilə üz-üzə

Niderlandın Veyk-an-Zee şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə “Tata Steel Masters” superturniri davam edir.

Fanat.Az xəbər verir ki, bu gün yarışda 2-ci turun görüşləri baş tutacaq. İlk turda Daniil Dubovla heç-heçə edən 36 yaşlı qrossmeysterimiz daha bir rusiyalı - Andrey Yesipenko ilə üz-üzə gələcək. Məmmədyarov bu partiyada ağ fiqurlarla oynayacaq.

Qeyd edək ki, 14 şahmatçının qatıldığı turnir dairəvi sistem üzrə keçirilir. 

"Tata Steel Masters" II tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Andrey Yesipenko (Rusiya) Vidit Santoş Qudjarati (Hindistan) - Fabiano Karuana (ABŞ) Maqnus Karlsen (Norveç) - Aniş Giri (Niderland) Samuel Şenklend (ABŞ) - Nils Qrandelius (İsveç) Rixard Rapport (Macarıstan) - Yorden Van Forest (Niderland) Rameşbabu Praqnanandxa (Hindistan) - Yan-Kşiştof Duda (Polşa) Sergey Karyakin (Rusiya) - Daniil Dubov (Rusiya)

Turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Xal durumu: Van Forest, Qudjarati, Duda - 1 xal, Məmmədyarov, Dubov, Karlsen, Yesipenko, Karuana, Karyakin, Giri, Praqnanandxa - 0,5, Şenklend, Rapport, Qrandelius - 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər