"Tata Steel Masters": Məmmədyarov ABŞ şahmatçısı ilə üz-üzə

"Tata Steel Masters": Məmmədyarov ABŞ şahmatçısı ilə üz-üzə

Niderlandın Veyk-an-Zee şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə ənənəvi “Tata Steel Masters” superturniri davam edir.

Fanat.Az xəbər verir ki, bu gün yarışda X turun görüşləri baş tutacaq. Qrossmeysterimiz tur çərçivəsində ABŞ təmsilçisi Sem Şenklendlə üz-üzə gələcək. Məmmədyarov partiyada qara fiqurlarla oynayacaq.

Hazırda 5,5 xalı olan Şəhriyar turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Dünya çempionu Maqnus Karlsen 6,5 xalla birinci, Aniş Giri 6 xalla ikinci sıradadır.

Qeyd edək ki, 14 şahmatçının qatıldığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa yanvarın 30-da yekun vurulacaq.

"Tata Steel Masters" X tur

Sem Şenklend (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan) Sergey Karyakin (Rusiya) - Maqnus Karlsen (Norveç) Vidit Santoş Qujrati (Hindistan) - Rameşbabu Praqnanandxa (Hindistan) Fabiano Karuana (ABŞ) -Rixard Rapport (Macarıstan) Daniil Dubov (Rusiya) - Nils Qrandelius (İsveç) Andrey Yesipenko (Rusiya) -Yorden Van Forest (Niderland) Aniş Giri (Niderland) - Yan-Kşiştof Duda (Polşa) 

Xal durumu: Karlsen - 6,5, Giri - 6, Məmmədyarov, Qujrati - 5,5 Karyakin, Karuana, Rapport - 5, Yesipenko, Van Forest - 4,5, Duda - 4, Dubov, Şenklend - 3,5, Praqnanandxa - 2,5, Qrandelius - 2.

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər