"Tarixin ən böyük qayıdışı!" - Makqreqor geri dönür

"Tarixin ən böyük qayıdışı!" - Makqreqor geri dönür

İki çəki dərəcəsində sabiq UFC çempionu Konor Makqreqor tezliklə oktaqona qayıdacağını açıqlayıb.

Fanat.Az xəbər verir ki, irlandiyalı döyüşçü sosial şəbəkə hesabları üzərindən ictimaiyyətə səslənib:

"Tarixin ən böyük qayıdışı! Siz şahid olmaq istəyirsinizmi?"

Makqreqor artıq bir ildən çoxdur ki, döyüşlərdə iştirak etmir. Son dəfə ötən ilin yayında, UFC 264 turnirində Dastin Puarye ilə qarşılaşan Konor ilk raunddaca ayağını sındıraraq məğlub olub. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər