Tarixdə Porter kimisi olmamışdı

Tarixdə Porter kimisi olmamışdı

"Arsenal"ın qapıçısı Cek Porter klub tarixinin rekorduna imza atıb.

Fanat.Az "Squawka"ya istinadən xəbər verir ki, 16 yaşlı qolkiper bunu İngiltərə Liqa Kubokunun 3-cü turu çərçivəsində "Bolton Uonderers"lə matça start "11-lik"də yer almaqla bacarıb.

O, "topçular"ın heyətində indiyədək ilk dəqiqədən meydana çıxmış ən gənc oyunçu olub. Porter rekordu 16 yaş 72 günlüyündə reallaşdırıb.

Qeyd edək ki, oyun "Arsenal"ın 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər