Tarixdə bu gün: İki dahini birləşdirən gün - FOTOLAR/ VİDEO

Tarixdə bu gün: İki dahini birləşdirən gün - FOTOLAR/ VİDEO

Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 27 sentyabr idman tarixində baş verən əlamətdar hadisələri sizə təqdim edir: 

Dik Advokat (Dick Advocaat)

1947-ci ilin bu günü, məşqçi olaraq - Avropa çempionatının bürünc mükafatçısı (2004), Dünya Çempionatının dörddəbir finalçısı (1994), UEFA Kubokunun qalibi (2008), UEFA Super Kubokunun qalibi (2008), Hollandiya çempionu (1997), Hollandiya Kubokunun qalibi (1996), 2 dəfə Hollandiya Super Kubokunun qalibi (1997, 2012), 2 qat Şotlandiya çempionu (1999, 2000), 2 dəfə Şotlandiya Kubokunun qalibi (1999, 2000), Şotlandiya Liqa Kubokunun qalibi (1999), Rusiya çempionu (2007), Rusiya Super Kubokunun qalibi (2008) niderlandlı futbol mütəxəssisi Dik Advokat dünyaya göz açıb.

Tarixdə bu gün: İki dahini birləşdirən gün - FOTOLAR/ VİDEO

Advokat karyerası ərzində 12 fərqli klubda çalışıb və uzun illər Niderland yığmasının baş məşqçisi olub.

Françesko Totti (Francesko Totti)

Dunyaca məşhur italyan futbolçu Françesko Totti bu gün 45 yaşını qeyd edir. 

Peşəkar karyerasını yalnız "Roma" klubunda keçirən sabiq hücumçu "sadiqlik simvolu" olaraq klubun əfsanəsinə çevrilib. 

Tarixdə bu gün: İki dahini birləşdirən gün - FOTOLAR/ VİDEO

Gənc yaşlarında stedadlı Françeskonu "Milan", "İnter", "Latsio" və hətta "Real Madrid" kimi klublar öz heyətinə qatmaq istəyib, amma futbolçunun anası həmişə buna qətiyyətlə qarşı olub.

"Qladiator" "canavarlar"ın heyətində ümumilikdə 750-dən çox oyun keçirib və 300-ə yaxın qol vurub. İtaliya millsinin heyətində keçirdiyi 58 oyuna 9 qolla yadda qalıb.

 

Tottinin nailiyyətlərini təqdim edirik: 

Dünya Çempionu (2006), Avropa çempionatının gümüş mükafatçısı (2000), Aralıq dənizi Oyunlarının qalibi (1997), İtaliya çempionu (2001), 5 qat İtaliya vitse-çempionu (2006, 2007, 2008, 2014, 2015), 2 dəfə İtaliya Kubokunun qalibi (2007, 2008), 2 dəfə İtaliya Super Kubokunun qalibi (2001, 2007), gənclər arasında Avropa çempionatının qalibi (1995), İtaliya çempionatının bombardiri (2007), Qızıl buts (2007) qalibi, İtaliyada 3 dəfə ilin futbolçusu (1998, 2003, 2004), Qızıl Ayaq Mükafatının qalibi (2010), Qaetano Şirea mükafatı laureatı (2014).

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər