Tarixdə bu gün: Hakan Şükür üçün əlamətdar gün

Tarixdə bu gün: Hakan Şükür üçün əlamətdar gün

Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 1 sentyabr idman tarixində baş verən əlamətdar hadisələri sizə təqdim edir:  

Hakan Şükür

1971-ci ilin bu günü Türkiyənin və dünyanın tanınmış futbolçusu Hakan Şükür anadan olub. 

Futbolçu 1992-ci ildən 2008-ci ilə qədər fasilələrlə "Qalatasaray" klubunda 10 mövsüm keçirib. 

Hakan Şükür həmçinin İtaliyanın "İnter", "Parma" və İngiltərənin "Blekbern Rovers" klublarında da forma geyinib.

Tarixdə bu gün: Hakan Şükür üçün əlamətdar gün

Futbolçu Türkiyə millisinin heyətində keçirdiyi 112 oyunda  51 qol vurub.

Forvardın nəaliyyətlərini təqdim edirik:

Dünya çempionatının bürünc mükafatçısı (2002), Aralıq dənizi Oyunlarının çempionu (1993), Aralıq dənizi Oyunlarının gümüş mükafatçısı (1991), UEFA Kubokunun qalibi (2000), UEFA Superkubokunun qalibi (2001), İtaliya Kubokunun qalibi (2002), 8 qat Türkiyə çempionu (1993, 1994, 1997, 1998, 1999, 2000, 2006, 2008), 6 dəfə Türkiyə Kubokunun qalibi (1988, 1993, 1996, 1999, 2000, 2005).

Rud Qullit (Ruud Gullit)

1962-ci il sentyabrın 1-i daha bir dünyaca məşhur əfsanəvi sabiq futbolçu Rud Qullit dünyaya göz açıb.

Tarixdə bu gün: Hakan Şükür üçün əlamətdar gün

Futbolçu karyerası boyunca Avropa çempionu (1988), Avropa çempionatının bürünc mükafatçısı (1992), 2 dəfə Avropa Çempionlar Kubokunun qalibi (1989, 1990), 2 dəfə UEFA Super Kubokunun qalibi (1989, 1990), Qitələrarası Kubokun 2 qat qalibi (1989, 1990), 3 qat Hollandiya çempionu (1984, 1986, 1987), Hollandiya Kubokunun qalibi (1984), 3 qat İtaliya çempionu (1988, 1992, 1993), İtaliya Kubokunun qalibi (1994), 3 dəfə İtaliya Superkubokunun qalibi (1988, 1992, 1994) və FA Kubokunun qalibi (1997) titullara yiyələnmişdir.

Fişer Spasskinin titulunu əlindən alıb...

Tarixdə bu gün: Hakan Şükür üçün əlamətdar gün

Robert Ceyms (Bobbi) Fişer dünya şahmat tacı uğrunda görüşdə Boris Spasskini 12.5: 8.5 hesabı ilə məğlub edərək 11-ci dünya çempionu olub. Bununla Fişer Spasskidinin "Dünya çempionu" titulunu əlindən almış olub.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər