Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 17 avqust idman tarixində baş verən əlamətdar hadisələri sizə təqdim edir:
Tierri Anri (Tierry Henry)
1977-ci ilin bu günü Dünya Çempionu (1998), Dünya Çempionatının gümüş mükafatçısı (2006), Konfederasiyalar Kubokunun qalibi (2003), Avropa çempionu (2000), UEFA Çempionlar Liqasının qalibi (2009), UEFA Super Kubokunun qalibi (2009), Klublararası Dünya Çempionatının qalibi (2009), Intertoto Kubokunun qalibi (1999), Fransa çempionu (1997), Fransa Kubokunun qalibi (1997), 2 qat İngiltərə çempionu (2002, 2004), 3 dəfə FA Kubokunun qalibi (2002, 2003, 2005), 2 dəfə İngiltərə Super Kubokunun qalibi (2002, 2004), 2 qat İspaniya çempionu (2009, 2010), İspaniya Kubokunun qalibi (2009), İspaniya Super Kubokunun qalibi (2009), 2 dəfə MLS Şərq Konfransının qalibi (2010, 2013), gənclər arasında Avropa çempionatının qalibi (1996), 5 dəfə Fransada İlin Futbolçusu (2000, 2003, 2004, 2005, 2006), 2 dəfə "Qızıl buts" mükafatçısı (2004, 2005), İngiltərə Premyer Liqasının 4 qat bombardiri (2002, 2004, 2005, 2006) fransalı futbolçu Tierri Anri dünyaya gəlib.
Anri futbol tarixinin ən yaxşı hücumçularından biridir.

Futbolçu uşaq yaşlarından fərqlənməyə başlayıb. Artıq 13 yaşında olanda onu "Monako"nun skautları klubun U15 heyətinə dəvət etmişdilər.
Uilyam Qallas (William Gallas)
1977-ci il 17 avqust Dünya Çempionatının gümüş mükafatçısı (2006), Konfederasiyalar Kubokunun qalibi (2003), 2 qat İngiltərə çempionu (2005, 2006), İngiltərə Liqa Kubokunun qalibi (2005), İngiltərə Super Kubokunun qalibi (2005) daha bir fransalı futbolçu Uilyam Qallas dünyaya göz açıb.

Futbolçu karyerası ərzində "Çelsi", "Arsenal", "Tottenhem" kimi klublarda forma geyib.
Tokio Olimpiadaya ev sahibliyi hüququna yiyələndi.
1936-cı ildə Berlin Olimpiadasının bağlanmasından bir gün sonra Beynəlxalq Olimpiya Komitəsinin iclası keçirildi və 1940-cı il Qış Oyunlarına ev sahibliyi etmək hüququ Yaponiyanın Sapporo, Yay Oyunların təşkili hüququ isə Tokio şəhərinə verildi.

Emin Şəmsiyev