"Təəssüf ki, azarkeşləri sevindirə bilmədik. Növbəti mərhələyə keçmək şansımız var idi, lakin alınmadı”.
Fanat.Az xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Fola” ilə cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
Gürcüstanlı mütəxəssis 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyunu belə şərh edib: “Paradoksal haldır ki, burada Bakıda oynadığımızdan daha yaxşı oynadıq. Yaxşı anlardan istifadə etməyi bacarmadıq. Sadəcə, cəfəng qollar buraxdıq. Bu futboldur, həmişə bəxt gətirmir. Amma bəxtə layiq olmaq da lazımdır".
Fanat.Az