Svanadze imza atmayıb, atdırıblar- ÖZƏL

Svanadze imza atmayıb, atdırıblar- ÖZƏL

Yanvaradək "İnter"in baş məşqçisi postunda qalacaq Zaur Svanadze yeni, birillik müqaviləyə qol çəkib. 

Fanat.Az xəbər verir ki, gürcünün bu addımı son 3 ayın əməkhaqqısını almayan futbolçuları yola gətirmək üçündü.

İş ondadı ki, Svanadze və köməkçiləri də oyunçular kimi maaş üzünə həsrətdi. Rəhbərlik vədə inanmayan futbolçuları sakitləşdirmək, durumun bir qədər də qəlizləşməsinin qarşısını almaq üçün baş məşqçi amilindən istifadə edib. Ancaq klubdakı kütləvi etiraz bu variantın effekt vermədiyinə əyani sübutdu. Mütəxəssis rəhbərliyin buyruğunu yerinə yetirsə də, formal cəsarət nümunəsi işə yaramayıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər