Suqovuşanda beynəlxalq turnir keçiriləcək: İştirakçı ölkələr bəlli oldu

Suqovuşanda beynəlxalq turnir keçiriləcək: İştirakçı ölkələr bəlli oldu

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası işğaldan azad olunan ərazilərdə ilk beynəlxalq idman yarışını təşkil edəcək. 

Fanat.Az xəbər verir ki, bu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident Kuboku” turniridir. 

Yarışda Azərbaycanla yanaşı Gürcüstan, Moldova, Türkiyə və Özbəkistandan gələn idmançılar mübarizə aparacaqlar. 

Reqatanın ilk mərhələsi mayın 6-da Tərtər rayonunun Suqovuşan qəsəbəsində baş tutacaq. Növbəti gün - mayın 7-də isə yarış Mingəçevirdə davam edəcək.

“Prezident Kuboku” turnirinin proqramını təqdim edirik: 

5 may - Mingəçevirdə mərkəzi küçədə komandaların rəsmi keçidi (parad) 6 may - Suqovuşan açılış mərasimi və kayak və kanoe üzrə yarışlar 7 may - Mingəçevir - akademik avarçəkmə üzrə yarışlar.

Günün sonunda Ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 3D formatında su üzərində video şou. Ardınca flyboard şuo (su üzərində şou) və atəşfəşanlıq.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər