Şumaxerin 4 il sonra ilk fotosu mediada

Şumaxerin 4 il sonra ilk fotosu mediada
2013-cü ildə xizək sürərkən yıxılan, ciddi beyin zədəsi alan və komaya girən dünya şöhrətli F1 pilotu Mixail Şumaxerin 4 il sonra ilk fotosu mediada yayımlanıb.
Fanat.Az xarici mediaya istinadən xəbər verir ki, 49 yaşlı alman pilotun yaxını onu ziyarət edərkən fotosunu çəkib və 1 milyon dollar qarşılığında Avropa mediasına satmağa çalışıb. 
Almaniya məhkəməsi hadisə ortaya çıxandan sonra istintaq prosesinə start verib. Həmin şəxsə gizlilik və toxunulmazlıq hüququnun pozulması maddəsi ilə ittiham irəli sürülür və cəzalandırılacağı bildirilir. 
Qeyd edək ki, Şumaxerin ailəsi onun vəziyyətini mediadan gizli saxlayır və daha əvvəl bu barədə məlumat yayan şəxsə qarşı hüquqi addımların atılacağını bildirib.
 
Şumaxerin 4 il sonra ilk fotosu mediada
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər