Sulşerdən qələbə şərhi

Sulşerdən qələbə şərhi

"Mançester Yunayted"in baş məşqçisi Ule Qunnar Sulşer (Ole Gunnar Solskjaer) "qırmızı şeytanlar"ın İngiltərə Premyer Liqasının 10-cu turunda "Tottenhem"lə oyunda qazandıqları qələbəni (3:0) şərh edib.

Fanat.Az "BBC sport"a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis yetirmələrindən olduqca razı qaldığını bildirib: "Komandamın oyunundan olduqca razıyam. Yaşlı futbolçular həmişə oyunu idarə edir.

Mən burada çalışdığım gündən Edinson Kavani (Edinson Cavani) bu oyun ən yaxşı performansını göstərirdi.

Rafael Varan (Raphael Varane) əla futbolçudur. Oyunu yaxşı oxuyur. O, sürətli və çox təcrübəlidir. Gözəl qollar vurduq. İlk qol bizim üçün əsas oldu.

Brunu Fernandeş (Bruno Fernandes) ötürmə kralıdır.

Ronaldu (Cristiano Ronaldo) ən yaxşısıdır. Bir epizodda qol vurmazsa, dərhal diqqətini digərinə yönəldir. Əla qol vurdu.

Bugünkü oyun zəhmət və nizam-intizam üzərində qurulub."

Xatırladaq ki, "Mançester Yunayted" 17 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər