Sulşer Lempardın cavabını verdi

Sulşer Lempardın cavabını verdi
"Çelsi"nin baş məşqçisi Frenk Lempard VAR-ın "Mançester Yunayted"in lehinə qərarlar qəbul etdiyini iddia etmişdi.
Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın çalışdırıcısı Ule Qunnar Sulşer "Çelsi" ilə oyun ərəfəsində həmkarına cavab verib:
"Fakt istəyirsinizsə... Ya da belə deyək: faktlar haqda danışan məşqçi kimi tanınmaq istəmirəm. Amma siz ofsayddasınızsa, deməli, epizod ofsayddı - bu qədər sadə. Əslində, hakimlərin qərarlarından şikayətlənməli olan biri varsa, o da mənəm".
Qeyd edək ki, MY və "Çelsi" sabah İngiltərə FA Kubokunun yarımfinal mərhələsi çərçivəsində qarşılaşacaqlar.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər