"Atletiko Madrid"dən ayrılacağı gözlənilən Luis Suares "Aston Villa"nın diqqət mərkəzinə düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə ingiltərəli jurnalist Əkrəm Konur məlumat yayıb.
Xəbərə görə, Premyer Liqa təmsilçisi forvarda 2 illik müqavilə təklif edəcək. Suaresin də "Aston Villa"ya keçmək istədiyi bildirilir. Belə ki, uruqvaylı futbolçu "Aston Villa"nın baş məşqçisi olan keçmiş komanda yoldaşı Stiven Cerrardla işləmək niyyətindədir.
Emin