Suares sıradan çıxdı

Suares sıradan çıxdı

"Atletiko Madrid"in futbolçusu Luis Suares (Luis Suárez) sıradan çıxıb. 

Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb. 

34 yaşlı hücumçu La Liqanın III turu çərçivəsində keçirilən "Vilyarreal"la (2:2) oyunda zədə alıb. Görüşün 71-ci dəqiqəsində əvəzlənmə istəyən Suaresin sol budunun arxasında ciddi narahatlıq var.

Hazırda həkim nəzarətində olan uruqvaylı futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu və yaşıl meydanlara nə zaman qayıdacağı açıqlanmayıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər