Uruqvay millisinin hücumçusu Luis Suares "Liverpul"un yeni ulduzu və həmyerlisi Darvin Nunyes barəsində açıqlama verib.
Fanat.Az xəbər verir ki, "The Telegraph" hazırda azad agent olan futbolçunun dediklərini belə çatdırıb:
"Nunyes bacarıqlı, cəld, qol duyumu olan yüksək səviyyəli futbolçudur. O da mənim kimi, bir uruqvaylı olaraq "Liverpul"da xarüqələr yarada bilər. Fikrimcə, Nunyes İngiltərədə tarix yazacaq".
22 yaşlı Darvin daha əvvəl "Benfika"da çıxış edib. Cənubi amerikalı forvard Portuqaliya klubunun heyətində 57 rəsmi oyuna 32 qolla yadda qalıb.
Emin