Suares formasıyla 111 qol vurduğu kluba qayıda bilər

Suares formasıyla 111 qol vurduğu kluba qayıda bilər

Hücumçusu Sebastyen Alleni Dortmund " Borussiya"sına satmağa yaxın olan "Ayaks" sabiq futbolçusu Luis Suaresi geri qaytarmağı planlaşdırır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Ekrem Konur yayıb.

Mənbə Amsterdam klubunun artıq Suareslə əlaqə saxladığını və Allenin Almaniya təmsilçisiə keçidi rəsmiləşəndən sonra bu yöndə çalışmalarını davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, 35 yaşlı Suares bu yay "Atletiko Madrid"dən ayrılıb. Hazırda azad agent statusu daşıyan Uruqvay millisinin təcrübəli forvardı 2007-2011-ci illər aralığında "Ayaks"ın formasını geyinib. O, Amsterdam təmsilçisində çıxdığı 159 matçda 111 qol vurub, 68 məhsuldar ötürmə edib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər