"Suares bütün afrikalıların arzusunu gözündə qoydu"

"Suares bütün afrikalıların arzusunu gözündə qoydu"

Qana millisinin hücumçusu Andre Ayyu Uruqvay yığmasının forvardı Luis Suaresin DÇ-2010-dakı məşhur hərəkətindən danışıb.

Fanat.Az xəbər verir ki, onun Qana - Uruqvay görüşü barədə söylədiklərini "Joy Sports" belə çatdırıb:

"Əvvəllər də dediyim kimi, bəlkə mən də onun yerində olsaydım, eyni hərəkəti edərdim... Amma fakt budur ki, o, tək bizim yox, bütün afrikalıların arzusunu gözündə qoydu. Bizə sözün əsl mənasında, problem yaratdı. Suares bizim dünya çempionatında yarımfinala çıxmış ilk Afrika ölkəsi olmağımıza imkan vermədi. Amma Luis bunu öz milləti üçün etmişdi. Həmin anda belə qərar verdiyini nəzərə almaq lazımdır. 

Əsas odur ki, yenə mundialdayıq. Qətərdə yaxşı oynamaq və uğur qazanmaq istəyirik".

 Xatırladaq ki, sözügedən matçın əlavə vaxtında Suares qapılarına gedən topu əllə saxlamışdı. Referi özünü qoliper kimi aparan Luisə qırmızı vərəqə verərək onu meydanda qovmuş, Uruqvayın qapısına penalti təyin etmişdi. Lakin Asamoa Qyan penaltini yerinə yetirə bilməmişdi. Oyunsonrası penaltilərdə daha uğurlu olan Uruqvay yarımfinala yüksəlmişdi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər