Stefano Piolini Fonseka əvəzləyəcək

Stefano Piolini Fonseka əvəzləyəcək

Fransanın "Lill" klubunun baş məşqçisi Paulu Fonseka yeni mövsümdən "Milan"ı çalışdıracaq.

Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflər 2 illik müqavilə bağlayacaqlar.

51 yaşlı portuqaliyalı 2022-ci ildən "Lill"ə rəhbərlik edir. Sona bir tur qalmış 58 xalı olan "doqlar" Liqa 1-in turnir cədvəlində üçüncü pillədə qərarlaşıblar.

Xatırladaq ki, "Milan" cari mövsümün sonunda indiki çalışdırıcısı Stefano Pioli ilə vidalaşmağa qərar verib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər