Stefano Pioli getdi - RƏSMİ

Stefano Pioli getdi - RƏSMİ

"Milan" baş məşqçisi Stefano Piolinin postundan getdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, İtaliya nəhəngi mütəxəssisə ənənəvi qaydada təşəkkürlərini çatdıraraq ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Pioli 2019-cu ilin oktyabrından "qırmızı-qaralar"a rəhbərlik edirdi. 58 yaşlı mütəxəssis "Milan"ı ümumilikdə 239 matça çıxarıb. Bunların 132-də qələbəyə sevinən Pioli 55 bərabərlik, 52 yenilgi görüb. O, 2021/2022 mövsümündə komandaya İtaliya çempionluğunu qazandırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər