Stanislav Draqun: "Vurduğum qol əla alındı"

Stanislav Draqun: "Vurduğum qol əla alındı"

BATE-nin yarımmüdafiəçisi Stanislav Draqun klubun saytına danışıb.

 

 

Fanat.Az xəbər verir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Bakıda "Qarabağ”a 0:1 hesabıyla qalib gələn Belarus təmsilçisinin futbolçusu vurduğu qolu və şansları dəyərləndirib:

 

 

"İşgüzar əhval-ruhiyyədəyik. Xüsusi heç nə baş verməyib. Gücümüzə uyğun oynadıq və cavab matçına hazırlaşacağıq. Hələ heç nə bitməyib. İlk yarıda daha yaxşı təsir bağışladıq. Həm mövqe səhvlərinə yol vermədik, həm vacib qol vurduq, həm də inamlı əks-hücumlar qurduq. Ancaq "Qarabağ”ın da çox səviyyəli oyunçuları və güclü baş məşqçisi var. Fasilədən sonra bizə çətin idi. Komanda yoldaşlarıma sonadək mübarizə apardıqları üçün minnətdaram.

 

Vurduğum qol? Əla alındı. Siqneviçlə birlikdə sinxron şəkildə pressinq tətbiq etdik. Mərkəz müdafiəçiləri səhv buraxdı, Staseviç topu ələ keçirərək cinahdakı Kolyaya ötürdü. Onun əla ötürməsindən sonra fərqləndim. Qolu xanımıma və qızıma həsr edirəm. Hazırda səhhətlərində müəyyən problem var. Ümid edirəm ki, mənim dəqiq zərbəm və BATE-nin qələbəsi onlara müsbət emosiyalar verəcək, tez sağalmalarına yardımçı olacaq.

Borisovda hər şey yenidən başlayacaq. Azərbaycanlılar sonadək çarpışacaq. Hərçən biz də öz meydasnımızda daha yaxşı oynamaq, çox hücum etmək istəyirik”.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər