36 yaşlı ispaniyalı hücumçu Roberto Soldadonun yeni iş yeri məlum olub.
Fanat.Az xəbər verir ki, forvard "Levante”yə keçib.
Məlumatı sözügedən La Liqa klubunun rəsmi saytı yayıb. O, müddəti 2023-cü ilin yayında bitəcək müqaviləyə qol çəkib.
Soldado "Qranada” ilə olan müqaviləsini qarşılıqlı razılıq əsasında pozub və "Levante”nın sıralarına azad agent statusu ilə qoşulub.
"Levante” ön xətt oyunçusuna əngəl yaratmadığı üçün "Qranada”ya bir milyon avro ödəyəcək.
Fanat.Az