Oktyabrın 29-dan "Real”da baş məşqçinin əvəzləyicisi qismində fəaliyyət göstərən Santyaqo Solari uğurlu başlanğıcla son 89 ilin ən yaxşı nəticəsini göstərib.
Fanat.Az xəbər verir ki, Madrid təmsilçisi Solarinin rəhbərliyi altında çıxdığı ilk 4 matçın hamısında qələbə qazanıb. Bu oyunlarda 15 top vuran paytaxt komandası qapısında 2 qol görüb.
Bu, 1929-cu ildən bəri "Real”da qeydə alınan ən yaxşı başlanğıcdı.
Fanat.Az