"Qalatasaray"dan ayrılan Uesli Sneyderin yeni klubu rəsmən açıqlanıb. Fanat.Az xəbər verir ki, holland ulduz karyerasını Fransada davam etdirəcək.
Belə ki, o, Liqa 1 klublarından "Nitsa"ya keçib. Bu barədə klubun rəsmi "Twitter" hesabı məlumat yayıb. Artıq Nitsaya yollanan Sneyderi hava limanında çox sayda azarkeş qarşılayıb.
"Nitsa" holland ulduzla 1+1 illik müqavilə imzalayacaq. Fransa klubu onun maaşını açıqlamayıb. Yerli mətbuat isə yazır ki, "Qalatasaray"da illik 4 milyon maaş alan Sneyder "Nitsa"da 1,8 milyona oynamağa razılıq verib.
Qeyd edək ki, indiyədək "Ayaks", "Real", "İnter" və "Qalatasaray"ın formasını geyinmiş 33 yaşlı yarımmüdafiəçi klub karyerası ərzində 19 kubok qazanıb. 2003-cü ildən formasını geyindiyi Hollandiya millisində 131 oyun keçirərək 31 qol vuran Sneyder "DÇ-2010"un gümüş, "DÇ-2014"ün bürünc medallarına sahib çıxıb.

Fanat.Az