"Lester Siti"nin qapıçısı Kasper Şmeyxel İngiltərə Premyer Liqasının 20-ci turunda - "Liverpul"la oyunda (1:0) Məhəmməd Salahın penalti zərbəsini necə dəf etdiyindən danışıb.
Fanat.Az xəbər verir ki, BBC qolkiperin söylədiklərini belə çatdırıb:
"Bu, çox vacib qələbədir. İndi istirahət etməli və növbəti matçlar haqda düşünməliyik. Salahın penaltiləri necə vurduğunu araşdrımamışdım. Sadəcə, intuisiyama güvəndim. Hərdən bəxt də tərəfinizdə olmalıdır. "Mançester Siti" ilə görüşdə bu baxımdan hər şey istədiyimiz kimi olmasa da, bu dəfə bəxtimiz gətirdi".