Sloveniyanın “Domjale” klubu “Neftçi”nin yarımmüdafiəçisi Samir Məsimova rəsmi təklif yollayıb. Fanat.az xəbər verir ki, futbolçu rəsmi təklifi əks etdirən sənəd sosial mediada paylaşıb.

Xatıqladaq ki, Fanat.az bir neçə gün əvvəl Samir Məsimova "Domjale"dən təklif gəlməsi barədə xəbər vermişdi. Onu da bildirmişdik ki, "Neftçi" tərəfi futbolçunu buraxmaq istəmir. Klub rəhbərliyi 20 yaşlı futbolçuya elə qiymət qoyub ki, sanki Avropa səviyyəli ulduz satırlar. Bu da təbii ki, Sloveniya klubunun geri çəkilməsi ilə nəticələnib. "Neftçi"nin 20 yaşlı futbolçuya fantastik qiymət qoymasının səbəbi isə bu təklif onların xətti - özlərinə yaxın olan menecerlər vasitəsi ilə gəlməməsidi. Elə buna görə də transferə əngəl olmaq istəyirlər.
Fanat.az