ÇSKA tənqid olundu: "Elə bil kluba yox, əxlaqsızlıq yuvasına dəvət edirlər"

ÇSKA tənqid olundu: "Elə bil kluba yox, əxlaqsızlıq yuvasına dəvət edirlər"

Türkiyə millisinin hücumçusu Yusuf Yazıcı çıxış etdiyi "Lill" klubundan icarə əsasında Moskva ÇSKA-sına keçib. 

Fanat.Az xəbər verir ki, transfer rəsmiləşdikdən yeni komandasının rəsmi "İnstagram" səhifəsindən 24 yaşlı futbolçuya mesaj göndərilib.

Həmin mesajda "Yusuf, tez gəl. Bura Rusiyadır. Bizdə çoxlu Nataşa var" sözləri yazılan video fraqment yer alıb. Klub sonradan bu mesajı silsə də, fakt kifayət qədər səs-küyə səbəb olub. 

Derya Deniz ləqəbli xanım ÇSKA-nın "Twitter" hesabını "tag" edərək "Son illərdə bundan daha qalmaqallı və axmaq bir şey görmədim" yazıb.

 

 

Selçuk adlı azarkeş isə ÇSKA-nın üzrxahlığına belə cavab verib: “Uşaqlar, uşaqlar, uşaqlar! Bu, gördüyüm ən pis salamlaşmaqdır. Siz 90-cı illərin köhnə türk təfəkküründə "Pozğun qadın" mənasını verən “Nataşa” ifadəsi ilə bütün rus qadınlarını aşağıladınız”.

Sosial şəbəkə İstifadəçilərdən biri isə daha sərt reaksiya bildirib: "Siz nə axmaq insanlarsınız. Elə bil futbol klubuna yox, əxlaqsızlıq yuvasına dəvət edirlər!".

Xatırladaq ki, futbolçuya bu mesajı göndərən klubun işçisi Katerina Kirilçeva işdən azad edilib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər