"Simurq”un sabiq baş məşqçisi Sergey Yuranın yeni iş yeri bəlli olub.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, o, "SKA Xabarovsk”un baş məşqçi postunu tutub. Rusiyalı məşqçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Bunadək sözügedən komandanın baş məşqçisi olan Aleksey Poddubski 2 gün öncə istefaya göndərilib.
Xatırladaq ki, 51 yaşlı Yuran 2011-ci ildə "Simurq"u çalışdırıb.
Fanat.Az